Please ensure Javascript is enabled for purposes of website accessibility Vakansiya - Korporativ katib
Hüquq strukturu

Korporativ katib

← Bütün vakansiyalar
Tarix:

29 Apr, 2024

İş qrafiki:

Şəhər:

Bakı

Vəzifə: Korporativ katib

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə);
  • Maliyyə bazarları sahəsi üzrə 3(üç) illik iş təcrübəsi;
  • Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan dili biliyi;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Qərar vermə, planlaşdırma və təşkil etmə bacarığı.

 

İŞİN TƏSVİRİ:

 

  • Müşahidə Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək, onunla birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən etmək;
  • Müşahidə Şurası üzvlərinin bilik və bacarıqlarının artırılması üçün onları lazımi resurslarla təmin etmək, o cümlədən təlimlər təşkil etmək və peşəkar inkişafına dəstək göstərmək;
  • Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək;
  • İclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
  • Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
  • Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
  • Bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək.

 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Korporativ katib qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Vakansiya üçün müraciət edin

Hüquq strukturu - Korporativ katib

Tarix:

29 Apr, 2024

Şəhər:

Bakı

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:
CV forması yüklə

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.