-
RİS vasitəsilə hesab açmış Müştəridən imza və möhür nümunələri vərəqəsi tələb olunurmu?
#Digər
Məsafədən bank hesabı açmış və məsafədən əməliyyat aparan Müştəridən imza və möhür nümunələri vərəqəsi tələb edilmir. Lakin, həmin Müştəri Bankın inzibati binasında bank hesabı üzrə əməliyyat həyata keçirmək istədikdə, bu vərəqəni təqdim etməlidir.
-
Hüquqi şəxslər şəhadətnamə-dublikat üçün Vergi Xidmətinə müraciət etməlidirmi?
#Digər
Xeyir. RİS vasitəsilə Banka müraciət daxil olduqda, sistem tərəfindən avtomatik olaraq Vergi Xidmətinə sorğu göndərilir. Şəhadətnamə-dublikat Bank tərəfindən alınır və müvafiq qaydada cavablandırılır.
-
RİS vasitəsilə müraciət edən Müştəriyə Bankın hansı filial və ya şöbəsində xidmət oluna bilər?
#Digər
İstənilən. Müştəri Bankın filial və ya şöbəsini seçməkdə sərbəstdir.
-
RİS vasitəsilə bank məhsulu əldə etdikdə əlavə xidmət haqqı ödənilirmi?
#Digər
Xeyir. Yalnız Bankın tariflərinə uyğun xidmət haqqı tutulur.
-
Elektron müqavilələrin, o cümlədən, digər sənədlərin bütövlüyü və təhlükəsizliyi necə qorunur?
#Digər
Hər hansı dəyişiklik yalnız Müştəri tərəfindən təsdiqləndikdə, mümükündür. Təsdiqlənmiş məlumatlar silinmədən, təhrif olunmadan və qanunvericiliyə uyğun məxfilik təmin olunmaqla Bankın, Mərkəzi Bankın serverlərində, Müştərinin BankID kabinetində saxlanılır.
-
Bank məhsulunun əldə edilməsini təsdiqləyən elektron müqavilələrin və digər sənədlərin hüquqi qüvvəsi varmı?
#Digər
Mövcud qanunvericiliyə uyğun olaraq, həmin sənədlər gücləndirilmiş elektron imza ilə təsdiqləndiyi üçün kağız daşıyıcıda olan imza (imza/möhür) ilə eyni hüquqa malikdir.
-
RİS vasitəsilə bank məhsulunu əldə etmək üçün hansı sənədlər tələb olunur?
#Digər
Müştəridən kağız daşıyıcıda sənədin təqdim edilməsi tələb olunmur. Prosses zamanı lazım olan sənədlər avtomatik olaraq dövlət informasiya sistemlərindən əldə edilir (istisna hal kimi, Bankın tələb etdiyi bəzi formalar elektron qaydada doldurulur).
-
Hal-hazırda RİS-də hansı bank məhsulu təqdim edilir?
#Digər
Cari hesablar (Fərdi və Biznes), Debet kartlar.
-
Bank məhsulunu əldə etmək üçün Müştərinin istifadə etdiyi cihazlarda (notebook, planşet, telefon) hansı texniki imkanların olması vacibdir?
#Digər
İnternetə qoşulan, veb kamera və mikrofonu olan kompüter və ya BankID tətbiqi quraşdırılmış mobil telefon/planşet.
-
RİS vasitəsilə daxil olan müraciətlər Bankın hansı strukturu tərəfindən qəbul edilir?
#Digər
Çağrı Mərkəzi
-
RİS 24/7/365 rejimində çalışırmı?
#Digər
Sistem 24 saat ərzində aktivdir. Qeyri iş vaxtı yaradılan sorğular Bank tərəfindən növbəti iş günü ərzində icra edir.
-
Fraud və dələduzluq hallarından qorunmaq üçün Müştərinin əlavə eyniləşdirilməsi aparılırmı?
#Digər
Bəli. Müştəri video görüntü ilə bir daha eyniləşdirilir.
-
ASAN login nədir?
#Digər
Dövlət və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir. Müştəri yalnız özünə məxsus olan və onun eyniləşdirilməsini təmin edən aşağıdakı vasitələrdən birini istifadə etməklə bu sistemə daxil ola bilər:
- Asan İmza ilə;
- Elektron İmza ilə;
İdentifikasiya nömrəsi ilə.
-
BankID kabineti nədir?
#Digər
Müştərinin şəxsi elektron kabinetidir. Kabinetə giriş üçün aşağıdakı linkə daxil olmaq və ASAN login-dən istifadə etmək lazımdır:
-
RİS vasitəsilə bank məhsulunu əldə etmək üçün nədən başlamaq lazımdır?
#Digər
– Müştəri aşağıdakı linklərdən biri vasitəsilə istədiyi bank məhsulunu seçməlidir:
- Fiziki şəxslər - https://afb.az/fiziki-sexsler-ucureqemsal-identifikasiya-sistemi
- Hüquqi şəxslər - https://afb.az/huquqi-sexsler-ucun-reqemsal-identifikasiya-sistemi
- https://bankmarket.az/
Seçilmiş bank məhsulu üzrə sifariş sorğusunu yaradıb, özünün BankID kabinetinə daxil olmalıdır. Kabinetdə prosesin növbəti mərhələlərini onlayn şəkildə həyata keçirməlidir
-
RİS-in ənənəvi bankçılıqdan üstün əsas xüsusiyyətləri hansıdır?
#Digər
Sürət (vaxtın düzgün idarəolunması), Qənaət (kağız daşıyıcılara çəkilən xərc), Təhlükəsizlik (sənədlərin saxlanılması və itkilərin olmaması).
-
RİS-in mülkiyyətçisi hansı qurumdur?
#Digər
Mərkəzi Bank
-
Rəqəmsal İdentifikasiya Sistemi (RİS) nədir?
#Digər
Müştəriyə Bankın inzibati binasına gəlmədən bank məhsullarının məsafədən satışının həyata keçirilməsi üçün istifadə olunan elektron platformadır.
-
AÖS-də hesablaşma aparmaq istəyən hər iki Müştərinin (emitent/benefisiar) Aliası olduğu halda öz bank rekvizitlərini (bank kodu, adı, VÖEN-i, müxbir hesabı, BİK kodu) də əməliyyat sisteminə daxil etməlidirmi?
#Pul köçürmələri
Zərurət yoxdur. Müştərinin Aliası varsa, qeyd edilən bütün rekvizitlər avtomatik emal olunacaqdır.
-
AÖS-in AZİPS və XÖHKS-dən hansı əsas özəlliyi vardır?
#Pul köçürmələri
Müştəri müvafiq mobil tətbiqi yükləyir və kartdan istifadə etmədən birbaşa öz bank hesabı (Alias) vasitəsilə QR Code və NFC ödənişlərini həyata keçirə bilər.
-
Bir ödəniş əməliyyatı üçün müəyyənləşdirilmiş limit nə qədərdir?
#Pul köçürmələri
– 40.000 (qırx min) manat.
(İstisha hal kimi, Dövlət Xəzinədarlığı Agentliyi, Mərkəzi Bank, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” ASC tərəfindən göndərilən və alınan ödənişlər üçün limit yoxdur.)
-
AÖS-də hansı valyutada əməliyyat aparmaq mümükündür?
#Pul köçürmələri
Yalnız milli valyutada (AZN).
-
AÖS-də hansı vaxt intervalında fəaliyyət göstərir?
#Pul köçürmələri
Sistem 24/7/365 aktivdir və əməliyyatlar real vaxt rejimində həyata keçirilir.
-
Fraud və dələduzluq hallarından qorunmaq üçün Müştərinin əlavə eyniləşdirilməsi aparılırmı?
#Pul köçürmələri
AÖS-də qeydiyyat zamanı Müştərinin eyniləşdirmə nömrəsinin (fiziki şəxslər - FİN kod, hüquqi şəxslər - VÖEN) mövcud və etibarlılığının yoxlanılması üçün avtomatik rejimdə müvafiq dövlət qurumuna sorğu ötürülür. Kənarlaşma yoxdursa, prosesə davam etdirilir. Müştəriyə təkrar autentifikasiya və təsdiq üçün birdəfəlik şifrə (OTP) göndərilir.
-
Müştəri Alias almaq üçün nə etməlidir?
#Pul köçürmələri
Bankın inzibati binasına yaxınlaşmalı, İBAN-nı üzrə Alias təyin etməli və AÖS-də qeydiyyata düşməlidir.
-
İBAN-a neçə Alias bağlamaq olar?
#Pul köçürmələri
İBAN-a neçə Alias bağlamaq olar?
-
AÖS üzərindən keçən hesablaşmalarda yalnız Alias istifadə olunur?
#Pul köçürmələri
Xeyir. Müştəri öz İBAN-ı vasitəsilə digər İBAN və ya Alias-a vəsait köçürə bilər. Eyni qayda daxil olan vəsaitə də aiddir.
-
Alias-ın tətbiq edilməsində məqsəd nədir?
#Pul köçürmələri
İBAN 28 simvollu rəqəm və hərf toplusundan ibarət olduğu üçün yaddaşda uzunmüddətli saxlanılması çətindir. Lakin Alias sadə rekvizitlidir və xatırlamaq daha rahatdır.
-
İBAN olmadan Alias yaratmaq olarmı?
#Pul köçürmələri
Xeyir. Bank hesabının (İBAN) açılması zəruridir.
-
Alias nədir?
#Pul köçürmələri
Hesablaşmalarda İBAN-nı əvəz edən və Müştərinin özü tərəfindən təyin olunan xüsusi koddur. Bu kod Müştərinin FİN-kod-u, VÖEN-i, mobil nömrəsi və ya e-poçtu ola bilər.
-
İBAN nədir?
#Pul köçürmələri
Müştərinin Bankda açılmış 28 simvollu standart bank hesab nömrəsidir.
-
AÖS-in mülkiyyətçisi hansı qurumdur?
#Pul köçürmələri
Mərkəzi Bank
-
Ani Ödənişlər Sistemi (AÖS) nədir?
#Pul köçürmələri
Fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının bank hesabları (İBAN), o cümlədən, sadələşdirilmiş identifikatorlar (Alias) vasitəsilə aparılmasına və pul vəsaitinin dərhal vəsaiti alanın bank hesabında əks olunmasına imkan verən ödəniş sistemidir.
-
Online kredit necə sifariş edə bilərəm?
#Kreditlər
Online kredit sifariş etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil olmağınız kifayətdir: https://afb.cbotbox.org/nagd-pul-krediti#order_section
-
Online plastik kart necə sifariş edə bilərəm?
#Kartlar
Online plastik kart sifariş etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil olmağınız kifayətdir: https://afb.cbotbox.org/mastercard-standard#order_section
-
KOS krediti hansı şərtlərlə verilir?
#Kreditlər
Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər KOS krediti əldə edə bilər. Bankımızın əməkdaşı biznes sahənizi ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.
-
KOS krediti üçün hansı sənədlər tələb olunur?
#Kreditlər
KOS krediti əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənəd, Fərdi sahibkar üçün VÖEN, Hüquqi şəxslər üçün Dövlət reyestrindən çıxarış və nizamnamə tələb olunur.
-
Aqrar kreditlər hansı şərtlərlə verilir?
#Kreditlər
Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hər kəs aqrar kredit əldə edə bilər. Bankımızın əməkdaşı təsərrüfat sahənizi və faktiki yaşayış ünvanınızı ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.
-
Aqrar kreditlər üçün hansı sənədlər tələb olunur?
#Kreditlər
Aqrar kredit əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
-
Mikro kredit hansı şərtlərlə verilir?
#Kreditlər
Kiçik biznes fəaliyyəti ilə məşğul olan hər kəs mikro kredit əldə edə bilər. Bankımızın əməkdaşı biznes sahənizi və faktiki yaşayış ünvanınızı ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.
-
Mikro kredit üçün hansı sənədlər tələb olunur?
#Kreditlər
Mikro kredit əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
-
Peşə krediti hansı şərtlərlə verilir?
#Kreditlər
Peşə fəaliyyəti ilə məşğul olan hər kəs peşə krediti əldə edə bilər. Bankımızın əməkdaşı peşə fəaliyyəti ilə məşğul olduğunuz biznes sahəsini və faktiki yaşayış ünvanınızı ziyarət edərək fəaliyyətinizi əyani təsdiq etdikdən sonra kredit iki iş günündə rəsmiləşdirilir.
-
Peşə krediti üçün hansı sənədlər tələb olunur?
#Kreditlər
Peşə krediti əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
-
Kredit ödənişlərini necə ödəyə bilərəm?
#Kreditlər
Kredit ödənişlərinizi Bankımızın filiallarında, Milli Ön ödəmə nöqtələrində və e-pul ödəniş terminalında, həmçinin million.az və e-pul.az saytlarında həyata keçirə bilərsiniz.
-
İstehlak kreditləri hansı şərtlərlə verilir?
#Kreditlər
Rəsmi əmək haqqı alan hər kəs istehlak krediti əldə edə bilər. Filialımızın əməkdaşı gəlir və öhdəliklərinizi təhlil etdikdən sonra kreditin məbləği təyin edilir. Daha ətraflı məlumat əldə etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil olmağınız kifayətdir: https://afb.cbotbox.org/nagd-pul-krediti
-
Əmək haqqı əsasında necə kredit əldə edə bilərəm?
#Kreditlər
Əmək haqqı əsasında kredit əldə üçün online kredit sifarişi bölməmizə (https://afb.cbotbox.org/nagd-pul-krediti), 1545 Zəng Mərkəzimizə və Bankımızın filiallarına müraciət edə bilərsiniz. Müraciət edildiyi tarix daxil olmaqla iki iş gün ərzində kredit rəsmiləşdirilir.
-
Hansı əmanət növləri mövcuddur?
#Əmanətlər
Bankımızda 1 əmanət məhsulu var. Daha ətraflı məlumat əldə etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil olmağınız kifayətdir: https://afb.cbotbox.org/fiziki-sexsler-ucun-emanet
-
Əmanət hesabı açmaq üçün hansı sənədlər tələb olunur?
#Əmanətlər
Bankımızda əmanət hesabı açmaq üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
-
Əmanət faizləri nə qədərdir?
#Əmanətlər
Bankımızda əmanət faizləri məbləğ və müddətdən asılı olaraq 8 %-dəkdir. Daha ətraflı məlumat əldə etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil olmağınız kifayətdir: https://afb.cbotbox.org/fiziki-sexsler-ucun-emanet
-
Hansı növ Sürətli pul köçürmə növləri var?
#Pul köçürmələri
Bankımızda aşağıdakı Sürətli pul köçürmə növləri var:
1) AFB Transfer – Daha ətraflı: https://afb.cbotbox.org/afb-transfer
2) Zolotoya Korona - Daha ətraflı: https://afb.cbotbox.org/zolotaya-korona
3) Contact - Daha ətraflı: https://afb.cbotbox.org/contact
4) Monex - Daha ətraflı: https://afb.cbotbox.org/monex
5) Western Union - Daha ətraflı: https://afb.cbotbox.org/western-union
6) Blizko - Daha ətraflı: https://afb.cbotbox.org/blizko
7) Xəzri - Daha ətraflı: https://afb.cbotbox.org/xezri
8) UPT - Daha ətraflı: https://afb.cbotbox.org/upt
-
Hüquqi şəxs hesabı açmaq üçün hansı sənədlər tələb olunur?
#Digər
Bankımızda hüquqi şəxs hesabı açmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- Hesabın açılması üçün ərizə (bankda verilir)
- Notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunəsi vərəqəsi (Bankda verilir 2 ədəd)
- Bank hesabı müqaviləsi (bankda verilir. 2 nüsxədə)
- Nizamnamənin notariat qaydasında təsdiq edilmiş surəti
- Dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti
- Müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (hər hesab üzrə)
- Imza və möhür nümunəsində qeyd olunan səlahətli şəxslərin Şəxsiyyət vəsiqələri
- Imza və möhür nümunəsində qeyd olunan səlahətli şəxslərin vəzifəyə təyin olunması haqqında daxili Əmr
- VÖEN
-
Cari hesab açmaq üçün hansı sənədlər tələb olunur?
#Digər
Bankımızda cari hesab açmaq üçün 18 yaşdan yuxarı Rezident fiziki şəxs şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və yaxud hərbi bilet) təqdim etməlidir.
-
Bankomatların ünvanların necə əldə edə bilərəm?
#Digər
Bankomatların ünvanların əldə etmək üçün Bankımızın saytında müvafiq link-ə daxil ola bilərsiniz: https://afb.cbotbox.org/atm
-
Filialların iş saatları?
#Digər
Filiallarımız həftə içi saat 09:00-dan 17:00-dək xidmətinizdədir.
-
Plastik kartların illik xidmət haqqısı nə qədərdir?
#Kartlar
Plastik kartların illik xidmət haqqısı kartın növündən və müddətindən asılı olaraq 10 AZN-dən başlayır.
-
Hansı növ Plastik kartlar sifariş edə bilərəm?
#Kartlar
Bankımızda aşağıdakı Plastik kartlar var:
1) Visa Electron
2) Maestro
3) Visa Classic
4) MasterCard Standard
5) Visa Gold -
6) MasterCard Gold
7) Visa Platinum –
8) MasterCard Platinum
9) Visa İnfinite –
10) Visa Business –
11) MasterCard Business
Plastik kart sifariş etmək üçün link-ə daxil olub kart növünü seçməyiniz kifayətdir: https://afb.cbotbox.org/maestro#order_section
-
Plastik kart necə əldə edə bilərəm?
#Kartlar
Plastik kart əldə etmək üçün online kart sifarişi bölməmizə (https://afb.cbotbox.org/maestro#order_section),
1545 Zəng Mərkəzimizə və Bankımızın filiallarına müraciət edə bilərsiniz.
-
AFB Bank mobil tətbiqindən istifadə etmək istəyirəm. Bunun üçün nə tələb olunur?
#Digər
Bankımızın mobil tətbiqini Google Play-dən yüklədikdən sonra aşağıdakı üsullardan biri ilə qeydiyyatdan keçə bilərsiniz:
· Kartın üzərindəki son 8 rəqəm, bitmə tarixi və Banka təqdim etdiyiniz mobil nömrəni daxil edirsiniz. Müvafiq nömrəyə avtomatik göndərilən təsdiq kodunu daxil etdikdən sonra xidməti aktiv edirsiniz.
· ASAN imza ilə qeydiyyatdan keçə bilərsiniz.
Əgər Bankımızın İnternet Bankinq xidmətinə qoşulmusunuzsa mobil tətbiqdə yenidən qeydiyyatdan keçmək tələb edilmir.
-
Rekvizitləri (kart hesabı) necə əldə etmək olar?
#Kartlar
Əgər Bankımıza aid kartınız varsa, müvafiq filiala müraciət edərək rekvizitləri əldə edə bilərsiniz.
-
İnternet banking xidmətini necə aktiv edim?
#Digər
Bankımızın İnternet banking xidmətini aktiv etmək üçün aşağıdakı üsullardan biri ilə qeydiyyatdan keçə bilərsiniz:
· Filiala müraciət edərək;
· ASAN imza ilə;
-
Ölkə xaricinə card-to-card xidməti icra etmək mümkündürmü?
#Kartlar
Bankımıza aid mobil tətbiqvə ATM-lərdə card-to-card xidməti icra etmək yalnız Azericard Prosessinq mərkəzinə bağlı kartlarda mümkündür.
-
3D Secure parolun necə əldə etmək olar?
#Kartlar
Siz iki üsuldan istifadə edərək xidmətə qoşula bilərsiniz: Bankımıza aid ATM-də birdəfəlik şifrələri və ya SMS vasitəsi ilə birdəfəlik parol əldə etmək (yalnız “SMS Xəbərdarlıq” xidmətinə qoşulan kartlar üçün). “SMS Xəbərdarlıq” xidmətinə qoşulanlar üçün 3D Secure avtomatik qoşulur.
-
Kartı blokdan çıxartmaq üçün nə etməliyəm?
#Kartlar
Kartı blokdan çıxartmaq üçün Bankımızın Filialına müraciət edə bilərsiniz. Həmçinin, Bankımızın Zəng Mərkəzinə (1545) ilə əlaqə saxlaya bilərsiniz.
-
Kart itirilibsə nə etməliyəm?
#Kartlar
Əgər kartınızı itirmisinizsə Bankımızın Mobil tətbiqində kartı deaktiv edə bilərsiniz və ya Zəng Mərkəzimizə (1545) əlaqə saxlaya bilərsiniz. Həmçinin Azericard Prosessinq Mərkəzinin Zəng Mərkəzinə (194) ilə əlaqə saxlayıb kartı deaktiv etməlisiniz.