PİN Erase və PİN Delivery xidmətləri
PİN Erase və PİN Delivery xidmətlərdən yararlanmaq üçün:
- “AFB Bank” mobil tətbiqinin son versiyasını yükləməli (istər iOS, istərsə də Android istifadəçiləri);
- Müvafiq kartı SMS məlumatlandırma xidmətinə qoşmalıdır (Aylıq 0.95 AZN abunə haqqı);
Xidmət 3 ay müddətinə ödənişsizdir. 01.04.2022-ci il tarixindən göstərilən xidmətə görə komissiya:
1 AZN/ 1 USD/ 1 EUR / 1 GBP (Ödəniş kartının valyutasından asılı olaraq) təşkil edəcək.
Xidmətdən istifadə qaydaları:
- “AFB Bank” mobil tətbiqi açdıqdan sonra ana səhifədə müvafiq kartı üzərinə toxunaraq seçin:0

- Açılmış pəncərədə “PİN kodun dəyişdirilməsi”-ni seçin:

- Yeni PİN kod təyin etdikdən öncə mövcud PİN kod ləğv olunmalıdır və bununla bağlı müştəridən razılıq alınır:

- Müştəri razılığını verdikdən sonra növbəti məlumatlandırma xarakterli mətn çıxır. Burada yeni PİN kodun təyin edilməsi qaydası təsvir olunur:
- Açılan səhifədə kartın 16 rəqəmini, bitmə tarixini və CVC2 kodunu qeyd etməklə və OK düyməsinə basmaqla, "PİN kodu özüm yaratmaq istəyirəm” təsdiq edirsiniz.

- SMS məlumatlandırma xidmətinə qoşulduğunuz nömrəyə AzəriCard tərəfindən şifrəli SMS gələcək.


- SMS vasitəsi ilə gələn rəqəmləri və şifrələnmiş rəqəmlər (Hər SMS-lə 4 şifrəli rəqəm gəlir) yerinə istədiyiniz rəqəmləri (məsələn 5566) qeyd etməklə və OK düyməsinə basaraq Siz yeni PİN kodunuzun təyin olunmasını təsdiq edirsiniz.

- Əməliyyat uğurlu olduğu halda aşağıdaki mətn əks olunacaq və yeni PİN kodunuz təyin olunmuş sayılır.
