Please ensure Javascript is enabled for purposes of website accessibility Fiziki şəxslər üçün İnternet Bankçılıq

Fiziki şəxslər üçün İnternet Bankçılıq

Fiziki şəxslər üçün İnternet Bankçılıq

 

Artıq Banka gəlmədən İnternet Bankçılıq ilə xidmət və məhsullarımızdan yararlana bilərsiniz. İnternet bankçılıq müştəri üçün real vaxt rejimində həftənin 7 günü 24 saat fəaliyyət göstərən bank proqramıdır. İnternet Bankçılıq-a fiziki şəxslər 2 üsulla qeydiyyatdan keçə bilərlər:

1. Müştəri nömrəsi ilə;

2. ASAN İmza ilə;

Müştəri nömrəsi ilə qeydiyyat AFB Bank tərəfindən sizə təqdim edilmiş müştəri nömrəsi və şifrə ilə həyata keçirilir. ASAN İmza ilə qeydiyyat zamanı isə mobil nömrəniz və istifadəçi ID-niz daxil edirsiniz. Asan imza mobil nöməsinə göndərilən sorğu Asan imza PİN 1 ilə təsdiq edirsiniz və istifadəçi seçilərək tətbiqə giriş olunur. Əməliyyatlar Asan imza PIN 2 ilə təsdiq edilir. Giriş üçün PIN təyin edilmir. Qeydiyyat filiala yaxınlaşmaqla da mümkündür. 

 

İnternet bankçılığa qoşulmaq üçün tələb olunan sənədlər aşağıdakılardır:

  1. AR vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya ona əlavə Forma №9

  2. Xarici vətəndaşlar üçün Pasport (giriş vizanın surəti, Miqrasiya orqanı tərəfindən verilmiş vəsiqə)

 

Siz İnternet bankçılıq ilə hesab qalıqlarına nəzarət, hesab üzrə çıxarışların çapı, köçürmələr, nağdsız konvertasiya, əmanət hesablarının açılması, debet karta vəsaitin köçürülməsi, xidmət haqqları və kredit borclarını ödənilməsi və s. əməliyyatları icra edə bilərsiniz. 

 

 

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.