Valyuta kreditləri üzrə kompensasiya
Tarix:
23 Apr, 2019
Baxış sayı:
4101 nəfər
Hörmətli müştərilər!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan müəyyən məbləğədək kreditlərinin ödənilməsində üzləşdikləri maliyyə itkisinin qarşılanması üçün əlavə tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri müəyyən edilmiş, hesablanmış kompensasiyaların məbləği təyin edilmişdir. Bununla əlaqədar, müştərilərin Banka məlum olan GSM nömrələrinə qısa mesajla məlumat göndərilmişdir.
Bununla xahiş edirik ki, GSM nömrəsi dəyişmiş, yaxud Banka məlumat verməmiş müştərilər Aprelin 24-dən etibarən AFB Bank-a müraciət etsinlər.