Korporativ idarəetmə
Rəhbərlik
Müşahidə şurası
-
Müşahidə Şurasının sədri
Vüsal Şahverdiyev
Şahverdiyev Vüsal İlqar oğlu 11 oktyabr 1986-cı ildə anadan olub.
2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə təhsilini başa vurmuşdur.
2021-ci ildə Columbia Business School-un “Driving Strategic Impact” proqramını, 2022-ci ildə isə Duke University Fuqua School of Business-in “Adaptive Strategic Execution” proqramını uğurla bitirmişdir.
Şahverdiyev Vüsal İlqar oğlu əmək fəaliyyətinə 2007-ci ildə başlamışdır və son təyinatından əvvəl “Azərikard” MMC-də Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankında Transformasiya Ofisinin direktoru və Strategiya Ofisinin direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Dövlət Neft AkademiyasıBeynəlxalq İqtisadi Münasibətlər(+994 12) 565 65 56info@afb.az -
Müşahidə Şurasının üzvü
Elnur Qurbanov (Müstəqil üzv)
Qurbanov Elnur Məmməd oğlu 1976-cı ildə Ağdam şəhərində anadan olub.
1994 –1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisası üzrə bakalavr pilləsini, 1998-2000–ci illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir.
O, Vaşinqtonda Jack Welch İdarəetmə İnstitutunda MBA təhsili almışdır. 2003-cü ildən Birləşmiş Krallıqda yerləşən Beynəlxalq Mühasiblər Assosiyasının (“FCCA”) fəxri üzvüdür.
Elnur Qurbanov əmək fəaliyyətinə 1999–cu ildə “KPMG Azerbaijan”-da başlamış, 2002–2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olmuşdur.
2017-ci ildən AFB Bankda Müşahidə Şurasının üzvü daha sonra isə Sədri təyin olunmuşdur .
Azərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə - kreditAzərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə - kreditJack Welch İdarəetmə İnstitutuMBA+994 12 565 65 56info@afb.az -
Müşahidə Şurasının üzvü
Şadiyyə Amanova
Şadiyyə Mail qızı Amanova 1997 – 2001 -ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “ Mühəndis İqtisadiyyatı və İdarəetmə ” ixtisası üzrə bakalavr, 2001 -2003 –cü illərdə isə həmin universitetin “Maliyyə və Kredit ” üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2019-2022-ci illərdə ATMU-də İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi üçün təhsil almış, 12 sayda elmi əsərləri müxtəlif beynəlxalq və yerli jurnallarda dərc edilmiş və 2024-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.
Şadiyyə xanım ixtisası üzrə bir çox yerli və beynəlxalq seminar, treyninq-kurslarda, simpoziumlarda iştirak etmiş, 2019-cu ildə Harvard Vpal –Fintech online kursunu müvəffəqiyyətlə bitirmişdir.
O, maliyyə sektorunda 19 illik fəaliyyəti ilə ilk olaraq 2005 -ci ildə Zaminbank ASC-də başlamış, 2009-cu ildən bu günə kimi AFB Bank ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışır. Hal-hazırda bankda Audit komitəsinin sədri olaraq əmək fəaliyyətini davam etdirir.
Azərbaycan Dövlət İqtisad UniversitetiMühəndis iqtisadiyyatı və idarəetməAzərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə və kredit(+994 12) 565 65 56info@afb.az -
Müşahidə Şurasının üzvü
Famil Kərimov
Kərimov Famil Qalib oğlu — 1984-cü ildə anadan olub.
2001-ci ildən 2005-ci ilə qədər Xəzər Universitetində “Maliyyə və Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini alıb.
2013-2014-cü illərdə İspaniyada IE Business Məktəbində “Biznesin İdarə edilməsi” üzrə magistr dərəcəsi (MBA) almışdır.
2013-cü ildən etibarən Birləşmiş Krallıqda Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) üzvüdür.
O, 2005-2013-cü illər ərzində “Deloitte” və “Baker Tilly” kimi xarici audit şirkətlərdə müxtəlif vəzifələr tutmuşdur.
2015-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-də Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən Gilan Sənaye Qrupunda Baş Maliyyə Direktoru və Baş direktorun müavini işləmişdir.
2018-ci ildən Gilan Holdinqdə Strateji İdarəetmə Ofisinin rəhbəri və eyni zamanda Direktorlar Şurasının üzvüdür.
Xəzər UniversitetiMaliyyə və Mühasibat uçotuIE Business MəktəbiBusiness Administration(+994 12 ) 565 65 56info@afb.az
İdarə Heyəti
-
İdarə Heyətinin sədri
Amid Qənbərov
Amid Qənbərov Mirzəyar oğlu 1982-ci il iyulun 3-ü Bakı şəhərində anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr pilləsini, 2004-2006–cı illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir.
A.Qənbərov karyerasının son 19 ildən çoxunu “Bank of Baku” ASC-də çalışıb.
Bu müddət ərzində filial müdiri və 2018-ci ilin oktyabrından isə Partnyorlarla iş və alternativ satış departamentinin direktoru vəzifəsində işləyib.
Azərbaycan Dövlət İqtisad Universitetiİqtisadiyyatın tənzimlənməsiAzərbaycan Dövlət İqtisad Universitetiİqtisadiyyatın tənzimlənməsi(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyətinin sədrinin müavini
Lalə Quliyeva
Quliyeva Lalə Vaqif qızı 1976 -cı ildə Bakı şəhərində anadan olub.
1993 –1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin“ Maliyyə-kredit ” ixtisası üzrə bakalavr pilləsini, 2002 -2005 –ci illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir. Hər iki pillə üzrə fərqlənmə diplomuna yiyələnmişdir.
Lalə xanım Birləşmiş Krallığın Anqlia Raskin Universitetində MBA təhsili almış, həmçinin Birləşmiş Krallığın Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) Beynəlxalq maliyyə hesabatı üzrə diplomuna yiyələnmişdir.
O, əmək fəaliyyətinə 1995-ci ildə Azərsığorta DSKŞ-da başlamış, sonra isə Ata Sığorta və Ata Bank ASC- də müxtəlif vəzifələr tutmuşdur.
2009-cu ildən bu günə kimi Azsığorta və AFB Bank ASC-də Maliyyə sahəsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışır.
Hal-hazırda bankda İdarə Heyəti Sədrinin müavini olaraq əmək fəaliyyətini davam etdirir.
Azərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə-kreditAzərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə-kreditBirləşmiş Krallığın Anqlia Raskin UniversitetiMBA(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyətinin üzvü
Ramin Qasımov
Qasımov Ramin Lətif oğlu 1981 -ci ildə anadan olub.
1999-2003 -cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin“ Maliyyə-kredit ” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diploma ilə bitirmişdir. 2008-ci ildə ABŞ dövlət departamentinin maliyyələşdirdiyi Hubert H.Humphrey Təqaüd proqramının Azərbaycan üzrə qalibi seçilərək ABŞ-da 1 illik təhsil almaq hüququ əldə etmişdir . 2008-2009 –cu illərdə ABŞ-ın “Cornell Universiteti”- də “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.O, əmək fəaliyyətinə 2003-cü ildə “Parabank” Səhmdar Kommersiya bankında Maliyyə departamentinin Mühasibi olaraq başlamış, 2005-2010-cu illərdə “Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatında Daxili Auditor , Marketinq planlaşdırma,icmallaşdırma və beynəlxalq əlaqələr şöbəsinin İqtisadçısı, Aparıcı iqtisadçısı və Baş iqtisadçısı vəzifələrində çalışmışdır.
2010-cu ildən “AFB Bank” ASC-də Daxili audit Departamentində Auditor vəzifəsində işə başlamışdır. Bu illər ərzində “AFB Bank”da aidiyyatı üzrə müxtəlif vəzifələrdə çalışmışdır.
Hal-hazırda Risklərin idarə edilməsi strukturunun direktoru və eyni zamanda İdarə Heyətinin üzvü olaraq bankdakı fəaliyyətini davam etdirir.Azərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə və kreditCornell UniversitetiMaliyyə və iqtisadiyyat(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyəti sədrinin müşaviri
Pərviz Qasımov
Pərviz Qasımov 09 mart 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2001-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində “Bank işi” ixtisası üzrə, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsilini tamamlamışdır.
Əmək fəaliyyətinə 2002-ci ildə dövlət müəssisəsində başlamış, 2007-ci ildən etibarən bank sektorunda çalışmağa başlamışdır. “Bank of Baku” ASC-də mütəxəssis kimi başladığı karyerasında uğurlu şəkildə yüksələrək Məhsul və müştəri idarəetməsi departamentinin direktoru səviyyəsinə qədər irəliləmişdir.
Bu dövrdə bank məhsullarının yaradılması, inkişaf etdirilməsi, biznes proseslərin qurulması və optimallaşdırılması istiqamətlərində mühüm rol oynamışdır.
Ardınca “Kapital Bank” ASC-də Pərakəndə satış departamentinin Rəqəmsal satışlar şöbəsinin rəisi vəzifəsində, daha sonra “ABB Bank”da Pərakəndə seqment sahəsinin baş məhsulu sahibi və məhsul rəhbəri kimi fəaliyyətini davam etdirmişdir.
Hal-hazırda “AFB Bank” ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Dövlət İqtisad Universitetiİstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyəti sədrinin müşaviri
Hüseyn Bağırlı
Hüseyn Bağırlı 08 yanvar 1991-ci ildə anadan olub.
O, 2008–2012-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitetinin “Bank işi və sığorta işi” fakültəsində ali təhsil alıb və bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.
2012-ci ildən bank sektorunda fəaliyyətə başlayan Hüseyn Bağırlı “YapıKredi Bank”da korporativ və kiçik və orta biznes (SME) kreditlərinin verilməsi sahəsində işləyərək zəngin təcrübə qazanıb.
O, müxtəlif banklarda korporativ kredit portfelinin idarə edilməsi və SME seqmentlərinin inkişafı üzrə mühüm uğurlara imza atıb.
Karyerası boyunca Hüseyn bəy korporativ kreditlər və SME seqmentlərinin inkişafı sahəsində ixtisaslaşaraq bir neçə aparıcı bankda məsul vəzifələrdə çalışıb.
Ən son olaraq, bank sektorunda Biznes Sahəsinin Baş Direktoru kimi çalışaraq strateji layihələrə rəhbərlik etmiş və yeni biznes imkanlarının yaradılmasında aktiv rol oynamışdır.
Hal-hazırda AFB Bank-da İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
Marmara UniversitetiBank işi və sığorta işi(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyəti sədrinin müşaviri
Zaur Əfəndiyev
Əfəndiyev Zaur Dursun oğlu 1980-ci ildə Qəbələ şəhərində anadan olub.
1997-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Kommersiya (Birja fəaliyyəti və fond bazarı)" ixtisası üzrə bakalavr təhsilini, daha sonra isə həmin universitetdə eyni ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirmişdir.
O, əmək fəaliyyətinə 1999-cu ilin oktyabr ayında başlamış, 2005-2006-cı illərdə “Muğanbank” ASC-nin Nəsimi filialında Kreditlər üzrə aparıcı mütəxəssis, 2006-2010-cu illərdə "Nikoyl İKB" Qəbələ filialında böyük kredit meneceri və kredit blokunun rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.
2010-2020-ci illər ərzində "AFB Bank" ASC-nin Qəbələ, Həyat və Nəsimi filiallarının müdiri vəzifəsində çalışaraq bank sektorunda rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
2020-ci ildən özəl sektorun müxtəlif sahələrində fəaliyyətini davam etdirərək "Pacific Group" MMC-də İdarə Heyəti sədrinin biznesin inkişafı məsələləri üzrə müşaviri, "Pacific MDF-LAM" MMC-də direktor, "Abşeron Taxıl" MMC, "Pacific Plastic" MMC və bir neçə müəssisələrdə rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərmişdir.
Hal-hazırda AFB Bank-da İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
Azərbaycan Dövlət İqtisad UniversitetiKommersiya (Birja fəaliyyəti və fond bazarı)Azərbaycan Dövlət İqtisad UniversitetiKommersiya (Birja fəaliyyəti və fond bazarı)(+994 12) 565 65 56info@afb.az -
İdarə Heyəti sədrinin müşaviri
Aslan Nəbiyev
Aslan Nəbiyev 09 avqust 1985-ci ildə anadan olub.
O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alaraq “Maliyyə və kredit” ixtisası üzrə ixtisaslaşıb.
O, 2007-ci ildən etibarən “Bank of Baku” ASC-də əmək fəaliyyətinə başlamış və bu illər ərzində bankın müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə çalışmışdır. 2012-2013-cü illərdə Xırdalan filialında Mikro kreditlər bölməsinin rəhbəri, daha sonra Yasamal filialında 2 saylı Mikro kreditlər bölməsinin rəhbəri vəzifələrində fəaliyyət göstərmişdir.
2013-2014-cü illərdə isə Xırdalan filialı direktorunun mikrokreditlər üzrə müavini olmuşdur. 2014-2018-ci illərdə Şirvan filialının direktoru vəzifəsini icra edərək bankın filial şəbəkəsinin inkişafına töhfə vermişdir.
Daha sonra 2018-2019-cu illərdə Sumqayıt filialının direktoru olaraq fəaliyyətini davam etdirmişdir. 2019-2021-ci illərdə Mikro və KOS kreditlər departamentinin direktoru, 2021-2023-cü illərdə isə Mikrokreditlər departamentinin direktoru , 2023-2025-ci illərdə KOB bankçılıq departamentinin direktoru vəzifələrində çalışmışdır.
Hal-hazırda AFB Bank-da İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
Azərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə və kreditAzərbaycan Dövlət İqtisad UniversitetiMaliyyə və kredit(+994 12) 565 65 56info@afb.az
- Əvvəlki başlıq arrow_back Risklərin idarə edilməsi
- Növbəti başlıq Təşkilatı struktur arrow_forward