Please ensure Javascript is enabled for purposes of website accessibility Kərimov Famil “AFB Bank”ın Müşahidə Şurasına yeni üzvü təyin olundu.

Kərimov Famil “AFB Bank”ın Müşahidə Şurasına yeni üzvü təyin olundu.

← Bütün xəbərlər
Tarix:

21 May, 2021

Baxış sayı:

2918 nəfər

Bankın Səhmdarlarının Ümumi Yığıncağının iclasında qəbul edilmiş qərara əsasən Kərimov Famil Qalib oğlu 18.05.2021 tarixindən “AFB Bank”ın Müşahidə Şurasının yeni üzvü təyin edilmişdir.

Kərimov Famil Qalib oğlu — 1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Xəzər Universitetində “Maliyyə və Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini alıb. 2013-2014-cü illərdə İspaniyada IE Business Məktəbində “Biznesin İdarə edilməsi” üzrə magistr dərəcəsi (“MBA”) almışdır. 2013-cü ildən etibarən Birləşmiş Krallıqda Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) üzvüdür.

O, 2005-2013-cü illər ərzində “Deloitte”  və  “Baker Tilly” kimi xarici audit şirkətlərdə müxtəlif vəzifələr tutmuşdur. 2015-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-də Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən Gilan Sənaye Qrupunda Baş Maliyyə Direktoru və Baş direktorun müavini işləmişdir. 2018-ci ildən Gilan Holdinqdə Strateji İdarəetmə Ofisinin rəhbəri və eyni zamanda Direktorlar Şurasının üzvüdür.

Tarix:

21 May, 2021

Baxış sayı:

2918 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.