Please ensure Javascript is enabled for purposes of website accessibility ”Apple Pay” və “Google Pay” xidmətlərinə qoşulduqdan sonra “AFB Bank”da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib

”Apple Pay” və “Google Pay” xidmətlərinə qoşulduqdan sonra “AFB Bank”da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib

← Bütün xəbərlər
Tarix:

23 Jun, 2023

Baxış sayı:

1226 nəfər

”Apple Pay” və “Google Pay” xidmətlərinə qoşulduqdan sonra “AFB Bank”da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib

Daima inkişafda olan “AFB Bank” ötən aylarda “Apple Pay” və “Google Pay” xidmətlərini də aktivləşdirərək bu sistemə qoşulan Azərbaycan bankları siyahısına daxil olub.

Sevindirici haldır ki, hər iki xidmət müştərilər tərəfindən rəğbətlə qarşılanıb, həm əməliyyat sayında, həm də qeyri-nağd dövriyyədə nəzərəçarpan artımlar olub.

Belə ki, bu xidmətlər aktivləşdikdən sonra qeyri-nağd kart dövriyyəsi ümumilikdə 52% artaraq 24.5 milyona manata çatıb. Bu, bankın statistikasında rekord göstəricidir. “Apple Pay” və “Google Pay” xidmətlərinin aktivləşməsi bankın mobil tətbiqinin də yükləmələrinin sayını artırıb. Məsələn, təkcə Android istifadəçilərinin sayı 10%-ə yaxın çoxalıb.

Məlumat üçün bildirək ki, “Apple Pay” və “Google Pay” elektron cihazlar vasitəsilə təmassız ödənişlərin qəbul olunduğu istənilən məntəqədə asanlıqla ödəniş etməyə imkan verir. Müştərilərin xidmətə maraq göstərmələrinin digər səbəbləri də karta fiziki ehtiyacı aradan qalxması, ödənişlərin saniyələr içində rahat şəkildə edilməsi və tam təhlükəsiz olmasıdır.

 “AFB Bank” kartları üçün bu xidməti aktivləşdirmək istəyən şəxslər bankın tətbiqi vasitəsilə bunu edə bilərlər. Həmçinin cihazın əməliyyat sisteminə uyğun olaraq “Apple Wallet” və “Google Wallet” tətbiqlərindən də xidmətə qoşulmaq mümkündür.

“AFB Bank”ın bu və digər xidmətləri barədə ətraflı məlumatı bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə edə bilərsiniz.

Tarix:

23 Jun, 2023

Baxış sayı:

1226 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.