Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” Şuşa şəhərində filial açmağa qərar verdi

“AFB Bank” Şuşa şəhərində filial açmağa qərar verdi

← Bütün xəbərlər
Tarix:

19 Nov, 2020

Baxış sayı:

3548 nəfər

             Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC düşmən işğalından azad edilən Şuşa şəhərində filial açmağa qərar verdi.

             Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi torpaqlarımız erməni işğalçılarından azad edildikdən sonra həmin ərazilərdə infrastrukturun bərpası işlərinə başlanılmışdır. Şuşa şəhəri və ətraf rayonların əhalisinin innovativ Bank xidmət və məhsulları ilə təmin etmək üçün AFB Bank Qarabağımızın incisi Şuşa şəhərində filial açmağı planlaşdırır. Yeni açılması planlaşdırılan filialda müştərilərə əmanət və cari hesabların açılması, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, hesablaşma-kassa əməliyyatları, kommunal, rabitə və başqa bütün növ xidmətlərin ödənişləri və digər bank xidmətləri təklif ediləcək.    

             Hazırda 9 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

19 Nov, 2020

Baxış sayı:

3548 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.