Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

“AFB Bank” rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

← Bütün xəbərlər
Tarix:

11 May, 2023

Baxış sayı:

797 nəfər

“AFB Bank” kollektivi 10 May — görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət edib. Ümummilli liderin əziz xatirəsinə hörmət əlaməti olaraq İdarə Heyətinin sədri Orxan Xubanlı bankın kollektivi adından Ulu Öndərin məzarı önünə əklil qoyub.

Dahi şəxsiyyət Heydər Əliyevin 100-cü ildönümündə xalqımız və dövlətimiz üçün gördüyü fəaliyyətləri yenidən xatırlayırıq. Onun müasir Azərbaycanın iqtisadi müstəqilliyində oynadığı əvəzsiz rol danılmazdır. Ümummilli liderimiz Heydər Əliyevə bəslədiyimiz sonsuz hörmət və sevgi qəlbimizdə əbədi yaşayacaq.

Son olaraq, kollektiv ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad edib.

 

Qeyd edək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.

Ətraflı məlumatı bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.

Tarix:

11 May, 2023

Baxış sayı:

797 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.