Please ensure Javascript is enabled for purposes of website accessibility AFB Bank “Mastercard Cross-Border” xidmətinə qoşulan ilk banklardan oldu

AFB Bank “Mastercard Cross-Border” xidmətinə qoşulan ilk banklardan oldu

← Bütün xəbərlər
Tarix:

03 May, 2023

Baxış sayı:

940 nəfər

Ölkəxaricinə P2P pul köçürmələri etmək istəyənlər “AFB Bank” vasitəsilə bu əməliyyatı rahat və sürətli şəkildə edə bilərlər. Belə ki, “AFB Bank” Azərbaycanda “MasterCard Cross-Border” xidmətinə qoşulan ilk banklardan biri olaraq bu xidməti müştərilərinin ixtiyarına verib.

“MasterCard Cross-Border” xidməti fiziki şəxslər arasında ölkəxaricinə tam, sürətli və təhlükəsiz şəkildə pul köçürmələri etməyə imkan verir.  Xidmət ən müasir təhlükəsizlik sisteminə malik “MasterCard” beynəlxalq ödəniş təşkilatının şəbəkəsi tərəfindən dəstəklənir. Nəticədə, “Mastercard” avantajlarından pul köçürmələri zamanı da faydalanmaq mümkün olur.

Xidmətin üstün cəhətlərindən biri icra edilən ölkəxarici köçürmələrin, əsasən, real vaxtda və eyni gündə baş verməsidir. Bundan əlavə, köçürmə əməliyyatını köçürülən ölkənin valtyutası ilə 4 valyutada (USD, TL, EUR, GBP) aparmaq mümkün olur.

Qeyd edək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.

Ətraflı məlumatı bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.

Tarix:

03 May, 2023

Baxış sayı:

940 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.