Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”-ın xalis mənfəəti I rüb üzrə 40% artmışdır

“AFB Bank”-ın xalis mənfəəti I rüb üzrə 40% artmışdır

← Bütün xəbərlər
Tarix:

25 Apr, 2023

Baxış sayı:

871 nəfər

 

Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ilin I rübünü 2.603 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü üçün bu rəqəm 1.854 milyon manat olub, bu isə müqayisədə 40% artım deməkdir.

Belə ki, cari ilin I rübündə xalis faiz gəlirləri üzrə 3.3 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.1 milyon gəlir əldə edilib.

“AFB Bank”ın ümumi kredit portfelində ötən ilin eyni rübü ilə müqayisədə 14%, Kredit satışlarındakı artım isə 9% təşkil etmişdir.


Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə, hüquqi şəxslərin müddətli əmanətləri isə 2 dəfəyə yaxın artmışdır.

Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 13.75%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3.57% artmışdır.

Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı isə Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilməsinə baxmayaraq, “AFB Bank”da bu göstəricisi 35.69% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.

Qeyd edək ki, I rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 73.963 milyon manat təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.

Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətlərini təklif edir.

Tarix:

25 Apr, 2023

Baxış sayı:

871 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.