Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank” ilə ”Fitch” əməkdaşlığı dayandırır

“AFB Bank” ilə ”Fitch” əməkdaşlığı dayandırır

← Bütün xəbərlər
Tarix:

08 Jul, 2020

Baxış sayı:

3215 nəfər

           Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC “Fitch” reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.

              Bütün dünyada qlobal böhrana yol açan COVİD-19 pandemiyasının yaratdığı yeni iqtisadi reallıqlar hazırda kommersiya banklarının da kredit reytinqinin yenilənməsinin əhəmiyyətini azaldır. Xarici maliyyə bazarlarında baş verən kataklizmlər vəsait cəlb etmək imkanlarını çətinləşdirmiş, həmçinin kredit qoyuluşlarının azalması fonunda kredit reytinqinin yenilənməsini Bank üçün qeyri-rasional etmişdir. Biznesin inkişafı məsələlərində strategiya bir daha nəzərdən keçirilərək “Fitch” reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərara alınmışdır. Bununla yanaşı qeyd edək ki, Bankın LT İDR reytinqi "B-" səviyyəsində qiymətləndirilmişdir. Çətin iqtisadi vəziyyətə baxmayaraq “AFB Bank”ın kapital mövqeyi tələb olunan normativlərdən kifayət qədər yüksəkdir və bu reytinq ölkə üzrə aparıcı kommersiya bankları arasında olan ən yüksək reytinqlərindən biridir.

              Məlumat üçün bildiririk ki, “AFB Bank”ın mənfəətində arıtm qeydə alınmışdır. Bankın bu ilin I rübünün mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 23 dəfə çoxdur.

              Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Sosial izolyasiya tədbirlərini nəzərə alan Bank müştərilərinə daha çox rəqəmsal kanallarla xidmət etməyi hədəfləyib. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

08 Jul, 2020

Baxış sayı:

3215 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.