“AFB Bank”-dan “Xüsusi kampaniya”
Tarix:
21 Aug, 2019
Baxış sayı:
4124 nəfər
Daima müştəri məmnuniyyətini prioritet seçən AFB Bank öz ənənələrinə sadiq qalaraq 23 avqust Xüsusi Dövlət Mühafizə Xidmətinin işçilərinin peşə bayramı münasibətilə “Xüsusi kampaniya” keçirir.
21-28 avqust tarixlərində keçirilən kampaniya çərçivəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları üçün kreditlər komissiyasız və 2 % endirimlə rəsmiləşdiriləcək.
Qeyd edək ki, “Xüsusi kampaniya”-dan ən azı 6 ay davamlı iş təcrübəsi olan işçilər yararlana bilərlər. Illik 18%-dən başlayan kreditin maksimum 48 aydır. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır.
Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.