Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”-dan “Dövlət qulluğu” kampaniyası

“AFB Bank”-dan “Dövlət qulluğu” kampaniyası

← Bütün xəbərlər
Tarix:

15 Oct, 2019

Baxış sayı:

3292 nəfər

             “Hər kəs üçün eyni” şüarı altında müştərilərinə yüksək səviyyədə xidmət göstərməyi,  bu istiqamətdə təklif və məhsullarını artırmağı özünə məqsəd seçən AFB Bank, bu dəfə xüsusi endirimli “Dövlət qulluğu” kampaniyasına start verir.

           16 Oktyabr-15 Noyabr tarixlərini əhatə edəcək kampaniya rəsmi əməkhaqqı kartı AFB Bank-da olan və olmayan bütün dövlət qulluqçularına şamil edilir. “Dövlət qulluğu” kampaniyası çərçivəsində kreditlər komissiyasız və 2% endirimlə rəsmiləşdiriləcək.

            Maksimum müddəti 48 ay, illik 18%-dən başlayan kredit kampaniyasından ən azı 6 ay davamlı iş təcrübəsi olan Dövlət qulluqçuları yararlana bilərlər. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır.

                Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

             Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Tarix:

15 Oct, 2019

Baxış sayı:

3292 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.