Please ensure Javascript is enabled for purposes of website accessibility “AFB Bank”da növbəti Təcrübə proqramı başa çatdı!

“AFB Bank”da növbəti Təcrübə proqramı başa çatdı!

← Bütün xəbərlər
Tarix:

12 Oct, 2021

Baxış sayı:

3111 nəfər

                                         

 

                                     “AFB Bank”da növbəti Təcrübə proqramı başa çatdı!

“AFB Bank”ın Təcrübə proqramı layihəsi, cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri  dəyərləndirmək, potensiallı gənclərin “AFB Bank” komandasına qatılmasına nail olmaq məqsədi daşıyır.

“AFB Bank”da  3 ay davam edən təcrübə proqramında 40-a yaxın iştirakçı, ixtisasları üzrə bankın müxtəlif strukturlarında  təcrübə keçmiş, sonda isə təcrübə müddətini uğurla başa vuran gənclərin hər biri xüsusi iştirakçı sertifikatları ilə mükafatlandırılmışdırlar.

Həmçinin, proqram müddətində yaxşı nəticə göstərən bir neçə nəfər təcrübəçi mövcud vakansiyalar üzrə bankımızda işlə təmin olundular.  İdarə Heyətinin Sədri Orxan Xubanlının iştirakı ilə keçirilən tədbirdə, təcrübəçilərə gələcək karyera həyatlarında uğur arzulandı və xatirə şəkilləri çəkdirildi.

Siz də “AFB Bank”ın Yeni Təcrübə proqramına qoşulmaq və karyeranıza burada başlamaq istəyirsinizsə CV-lərinizin mövzu sətrində “Təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.

 Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Bankın daim yenilənən məhsul və xidmətləri  barədə daha ətraflı məlumatı, 1545 Çağrı Mərkəzinə zəng etməklə və ya Bankımızın rəsmi sosial şəbəkələrindən ala bilərsiniz.

 

Tarix:

12 Oct, 2021

Baxış sayı:

3111 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.