“AFB BANK” ASC Yanğından mühafizə sistemlərinin illik servisi ilə bağlı tender elan edir.
Tarix:
26 Jul, 2021
Baxış sayı:
4445 nəfər
“AFB BANK” ASC Yanğından mühafizə sistemlərinin illik servisi ilə
bağlı tender elan edir.
Təkliflər 31.07.2021 tarixində saat 17:30-a kimi qəbul edilir.
“AFB BANK” ASC potensial iddiaçıları aşağıda qeyd edilən xidmətlər üçün öz təkliflərini təqdim etməyə dəvət edir.Təklifdə qiymətlər Baş Ofis, filial və şöbələrdəki xidmətlər üzrə ayrı-ayrı qeyd edilməlidir.Ünvanları www.afb.az saytından dəqiqləşdirə bilərsiniz.
- Baş ofis, filial və şöbələrdə yanğın siqnalizasiya sisteminin GSM modul ötürücü üzərindən monitor otağına ötürülməsi.
- Baş ofis, filial və şöbələrdə il ərzində 1 (bir) dəfə yanğın siqnalizasiya avadanlıqları yoxlanılmalı və texniki vəziyyətinə dair rəy verilməli.
- Baş ofis, filial və şöbələrdə aylıq servis xidməti.
Filial və şöbələrdə istilik və tüstü detektorların sayı:
Baş ofis- 115 ədəd
Mərkəz filial-64 ədəd
Sahil filialı-8 ədəd
Nərimanov filialı-28 ədəd
Sumqayıt filialı-43 ədəd
Gəncə filialı-17 ədəd
Qəbələ filialı-19 ədəd
1 saylı şöbə-10 ədəd
2 saylı şöbə-10 ədəd
3 saylı şöbə-7 ədəd
4 saylı şöbə-11 ədəd
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidir.
Tenderdə iştirak etmək üçün yazılı müraciət
VÖEN sürəti
Göstəriləcək xidmətlərlə bağlı müvafiq lisenziya
Bu sahədə əməkdaşlıq etdiyiniz təşkilatların siyahısı
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.
Aşağı qiymət
Yüksək keyfiyyətli texniki xidmət
Texniki tələblərə uyğunluq
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər bankın Baş ofisinə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) qapalı zərfdə göndərilməlidir.İddiaçılar tenderdə iştirak etmək üçün 30 iyul 2021-ci il saat 18:00-dan gec olmayaraq e-mail vasitəsi ilə iştirakını təsdiq etməli (Vusal.Mehdiyev@afb.az ünvanına mövzu hissəsində “TENDER –Yanğın siqnalizasiya sistemləri ” qeyd edərək) təşkilatın tam adı və rekvizitlərini qeyd etməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə müraciət edə və yaxud (050) 290 10 66 (Vüsal Mehdiyev) ilə əlaqə saxlaya bilərsiniz.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC 7 filial və 4 şöbəsi ilə həm hüquqi , həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı məlumatı 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.