“AFB BANK” ASC tərəfindən PAM (Privileged Access Management) proqram təminatının satın alınması
Tarix:
29 Sep, 2022
Baxış sayı:
1964 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
AÇIQ TENDER ELAN EDİR
Tenderin adı: “AFB BANK” ASC tərəfindən PAM (Privileged Access Management) proqram təminatının satın alınması.
Tenderin elan tarixi: 29.09.2022
Tenderin son tarixi : 15.10.2022
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
- Əməkdaşlıq etdiyi təşkilatların siyahısı;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 05.10.2022-ci il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.