“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR - Windows
Tarix:
22 Jun, 2023
Baxış sayı:
1615 nəfər
“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti
AÇIQ TENDER ELAN EDİR
Tenderin adı: Bankomatlara (NCR) “Windows 7” əməliyyat sisteminin yazılması
Tenderin elan tarixi: 22.06.2023
Tenderin son tarixi : 05.07.2023
Sifariş sayı: 18 ədəd
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 31.07.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada çatdırılması;
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə 05.07.2023-cü il -tarixinə kimi qapalı zərfdə (mühürlü) poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.