Please ensure Javascript is enabled for purposes of website accessibility "AFB Bank" 2021-ci ilin 3-cü rübünü 5 dəfəyə qədər artıq xalis mənfəətlə başa vurmuşdur.

"AFB Bank" 2021-ci ilin 3-cü rübünü 5 dəfəyə qədər artıq xalis mənfəətlə başa vurmuşdur.

← Bütün xəbərlər
Tarix:

25 Oct, 2021

Baxış sayı:

3366 nəfər

 

 “AFB Bank” ASC 2021-ci ilin 3-cü rübünün sonunu 8 milyon 676 min manat xalis mənfəətlə başa vurmuşdur.          

       Keçən ilin müvafiq dövründə bu göstərici 1 milyon 775 min manat idi ki, bu da müqayisədə xalis mənfəətin 6 milyon 901 min manat və ya 5 dəfəyə qədər artımı deməkdir.

Problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq kreditlər üzrə alınmış faiz gəlirləri ötən ilin cari dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır.

Bankın Məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, Məcmu kapitalın adektvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, Bankın bu göstəricisi 49% təşkil edir, müvafiq olaraq da I dərəcəli kapitalın norması 5% olsa da, Bankda bu göstərici 43%-dən çoxdur.

 

           Qeyd edək ki, bankın Məcmu kapitalı 84.7 milyon AZN təşkil edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AFB Bank hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır. 

  Hazırda AFB Bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı məlumatı 1545 Çağrı Mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

 

Tarix:

25 Oct, 2021

Baxış sayı:

3366 nəfər

Dostlarınla Paylaş:
Çap et və ya kopyala:

Diqqət!

Hörmətli istifadəçi,
Ödəniş xidməti təchizatçılarının rəqəmsal və mobil bankçılıq həlləri Hökümət Ödəniş Portalına (HÖP) köçürülmüşdür. Bütün proseslərin vahid platformadan həyata keçirilməsi mümkün olmadığından, 10.01.2024-cü ildən etibarən HÖP-ün internet səhifəsinin və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır. HÖP ilə apardığınız rəqəmsal ödənişləri bankımızın internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.
Hörmətlə, AFB Bank.